Categories
Xəbərlər

2023-2024-cü tədris ili üçün TEC İdarə Heyətinə qəbul başlamışdır!

BDU Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyəti 2023/2024-cü tədris ili üçün İdarə Heyətinə qəbul elan edir!

Tələbə Elmi Cəmiyyəti İdarə Heyətində olmaqla siz hüquq tələbələri üçün vacib sayılan bacarıqlar əldə edə və bir sıra ilklərin həyata keçirilməsinə töhfə verə bilərsiniz.

Qeydiyyat üçün son tarix 5 noyabr 2022-ci ildir.

TEC-in İdarə Heyəti üzvü olaraq tələbələr 4 istiqamətdə fəaliyyət göstərirlər:

Hüquq Jurnalı redaktoru olmaqla nə qazanırsınız?

  • dünya üzrə hüquq tələbələri üçün ən əhəmiyyətli fəaliyyət sayılan hüquq jurnalının redaksiya heyətinə daxil olmaq;
  • professional mühitdə işləmək;
  • peşəkar praktiki hüquqşünaslarla işləmək;
  • BDU Tələbə Hüquq Jurnalının redaktorlarından məqalə yazmaq və redaktə kimi işlər haqqında nəzəri və praktiki biliklər öyrənmək;
  • gələcəkdə hüquq jurnalı üçün ilk dəfə edilməsi planlaşdırılan bir neçə layihəni koordinasiya etmək;
  • professionallar tərəfindən yazılmış məqalələrin redaktəsini təşkil etmək;
  • Scholastica və Expresso-da beynəlxalq müəlliflərlə işləmək;
  • və digər burada tam qeyd etmədiyimiz çoxlu sayda üstünlüklər.

Gənc Hüquq Alimləri Araşdırma Yardımçısı Lahiyəsinin icraçısı olmaqla:

  • araşdırma prosesinin bütün mərhələlərini yaxından mənimsəmək;
  • müxtəlif universitetlərdən hüququn müxtəlif sahələrindən olan mütəxəssis və alimlərlə işləmək;
  • xarici professorlarla əlaqələr saxlamaq və görüşlər təşkil etmək;
  • xarici hüquqi araşdırma proqramlarının təcrübələrinin tətbiqini həyata keçirmək.

Hüquq Müzakirə Forumunun müşaviri olmaqla:

  • Forumların təşkili prosesi ilə bağlı incəlikləri öyrənəcək;
  • Hüquqi boşluq və müzakirələrə açıq mövzular haqqında geniş təsəvvürə malik olacaq;
  • Tələbələr və müəllimlərlə mütəmadi ünsiyyətdə olaraq professional ünsiyyət bacarıqlarınızı formalaşdıracaqsınız.

MCS məhkəmə müsabiqələri üzrə koordinatoru olmaqla:

  • Beynəlxalq standartlara uyğun məhkəmə və arbitraj müsabiqələrinin təşkilində yaxından iştirak etmək;
  • Komandada işləmək bacarığının inkişafı;
  • Mütəmadi araşdırmalar arasında olaraq bir sıra keyfiyyətlərə yiyələnmək;
  • Peşəkar praktiki hüquqşünaslarla mütəmadi ünsiyyətdə olmaq;
  • Liderlik, düzgün qərar qəbul edə bilmək bacarıqlarının inkişafı kimi imkanlar əldə edəcəksiniz.

Qeydiyyat bitmişdir!

Categories
Xəbərlər

2022-2023-cü tədris ili üçün TEC İdarə Heyətinə qəbul başlamışdır!

Əsasnamələr

Tələbə Elmi Cəmiyyəti üzvlərinin Etik Davranış Kodeksi (Conduct Code)

  1. Giriş

Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyəti (bundan sonra – TEC) 2014-cü ildən bəri  Azərbaycanda hüquq mədəniyyətinə töhfə vermək məqsədilə fəaliyyət göstərir. TEC-in fəaliyyət istiqamətlərini BDU Tələbə Hüquq Jurnalı, Hüquq Müzakirə Forumu, Məhkəmə Müsabiqə Cəmiyyəti və Gənc Hüquq Alimləri Araşdırma Yardımçısı Layihəsi təşkil edir. Bu layihələr hüquq tələbələrini hüquqi nitq, arqumentasiya, akademik hüquqi yazı və araşdırma kimi bacarıqların inkişafına təşviq edir.

TEC üzvlərinin fəaliyyətini tənzimləyən Etik Kodeks TEC daxilində akademik mühitin qorunmasını hədəfləyir.

  1. Ümumi müddəalar

2.1. TEC-in üzvləri (İdarə Heyəti üzvlüyünə namizədlər, İdarə Heyəti köməkçiləri, İdarə Heyəti üzvləri) fəaliyyətlərində Etik Kodeksi rəhbər tutmalıdırlar.

2.2. TEC İdarə Heyəti üzvləri digər üzvlərə Etik Kodeks barədə məlumat verməli və bununla bağlı maarifləndirmə tədbirləri görməlidirlər.

2.3. Etik Kodeks barədə məlumatlı olmamaq TEC üzvlərini bu qaydaları pozmağa görə məsuliyyətdən azad etmir.

  1. Prinsiplər

3.1. Etik Kodeks aşağıdakı prinsipləri rəhbər tutur:

3.1.1. Qarşılıqlı hörmət;

3.1.2. Əməkdaşlıq və komanda işinin üstünlüyü;

3.1.3. Qərəzli münasibət və ayrı-seçkiliyə yol verilməməsi;

3.1.4. Akademik mühitə uyğun olmayan hərəkətlərdən çəkinmə;

3.1.5. Konfidensiallığın qorunması.

  1. TEC-dən kənar fəaliyyət

4.1. TEC-in üzvləri TEC-dən kənarda heç bir tələbə cəmiyyəti və ya digər təşkilatlarda inzibati vəzifə tuta bilməz.

4.2. İdarə Heyəti köməkçiləri və İdarə Heyəti üzvləri TEC-dən kənarda heç bir tələbə cəmiyyəti və ya digər təşkilatlarda aktiv fəaliyyətdə iştirak edə və onlara üzv ola bilməz (“Nə? Harada? Nə zaman?”, “Xəmsə”, “Brain Ring” tipli intellektual oyunlar istisnadır).

4.3. İdarə Heyəti üzvləri TEC-dən kənar fəaliyyəti İdarə Heyətinə namizədlərin qiymətləndirilməsi zamanı nəzərə ala bilər.

  1. Akademik mühit

5.1. TEC üzvü akademik mühitin qorunması üçün aşağıdakılara əməl etməlidir:

5.1.1. Digər üzvə qarşı təhrikedici çağırış və hərəkət edə bilməz;

5.1.2. Qarşı tərəfin fikrinə hörmət etməli, qərəzli və ya digər hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkət etməkdən çəkinməlidir;

5.1.3. TEC-in heç bir iclas və fəaliyyətində hər hansı siyasi və ya dini fikir səsləndirməməli, belə fikirləri bildirərkən fərdi məsuliyyət daşıdığını bilməlidir  ;

5.1.4. Sosial media və digər onlayn platformalardan istifadə edərkən TEC-in reputasiyasına zərər vura biləcək uyğunsuz, təhqiredici və ya aldadıcı məzmunlu paylaşımlar edilə bilməz;

5.1.5. TEC-in iclaslarında bildirilən fikirlərə kinayəli hərəkət edə, mimika göstərə və ya qərəzli fikir bildirə bilməz.

  1. Plagiarizm və süni intellektdən istifadə

6.1. TEC üzvü tapşırıqların icrası zamanı:

6.1.1. Plagiarizmə yol verməməlidir;

6.1.2. Süni intellektdən istifadə etmişdirsə, müvafiq şəxsə bu barədə məlumat verməlidir.

  1. Konfidensiallıq

TEC-in fəaliyyəti ilə bağlı konfidensial (ictimaiyyətə açıq olmayan) hesab olunan məlumatlar kənar şəxslərə ötürülə bilməz.

  1. Vəzifə adından istifadə

8.1. TEC layihələrində bir akademik tədris ilinin yarısından az müddətdə İdarə Heyəti köməkçisi və ya üzvü kimi fəaliyyət göstərmiş şəxslər layihədəki keçmiş vəzifə adlarından sosial şəbəkə hesabları, internet resursları, tərcümeyi-hal, CV, iş və təhsil müəssisələrinə müraciət və digər sənədlərdə istifadə edə bilməzlər.

8.2. İdarə Heyəti köməkçi və üzvlərinin fəaliyyəti barədə TEC-in saytında İdarə Heyətləri bölməsində məlumatlar yerləşdirilir.

8.3. TEC idarə heyəti köməkçisi və üzvü fəaliyyətləri barədə məlumatların TEC-in saytında İdarə Heyətləri bölməsində yerləşdirilməsinə razılaşırlar.

  1. Qaydaların pozulmasına görə məsuliyyət

Bu Kodeksin qaydalarının pozulması pozuntunun dərəcəsindən və təkrarlanmasından asılı olaraq xəbərdarlıq və ya TEC-dən uzaqlaşdırılma kimi intizam tədbirləri ilə nəticələnir.

  1. Dəyişiklik və əlavələr

10.1. Kodeksə dəyişiklik və əlavələr İdarə Heyəti üzvlərinin təklifi əsasında sadə səs çoxluğu ilə həyata keçirilir.

10.2. Vahid qərarın verilə bilməsi üçün səslər bərabər olduğu təqdirdə sədrin səsi üstün götürülür.