15 fevral 2020-ci il tarixində Harvard Law School məzunu, Koç Universiteti araşdırma yardımçısı Abdurrahman Kayıklıkın təqdimatçılığı ilə “Akademik hüquqi araşdırma” mövzusunda workshop keçirilmişdir!

Tələbə Hüquq Jurnalının Baş Redaktoru Kənan Abdullayev workshop-u açıq elan etdikdən sonra Abdurrahman bəy akademik hüquqi araşdırma, üsulları, rolu və digər əlaqəli nüanslardan bəhs etmişdir. Bundan sonra isə araşdırma yardımçısı kimi öz təcrübələrini bölüşmüş, ətraflı məlumat və məsləhətlər vermiş, tələbələrin suallarını cavablamışdır. Workshop-un sonunda isə Tələbə Hüquq Jurnalının 5-ci Buraxılış 2-ci Sayı iştirakçılara təqdim edilmişdir. İştiraka görə hər bir kəsə təşəkkür edir, gələcək tədbirlərimizdə yenidən görüşəcəyimizə ümid edirik.