Hüquq jurnalına məqalə yazmaq özündə bir sıra mühüm kateqoriyaları birləşdirən mürəkkəb prosesdir. Lakin mürəkkəb olduğu qədər faydalı olan məqalə yazmaq əsas hüquqi bacarıqları müəllifə aşılamaq baxımından müasir hüquq təhsilinin ayrılmaz komponenti kimi çıxış edir.
İlk dəfə məqalə yazan hər tələbə ilkin maneə kimi bəzi suallarla qarşılaşır. Məhz həmin suallara cavab tapmaq üçün BDU Tələbə Hüquq Jurnalının təşkilatçılığı və (Lund Universiteti Hüquq fakültəsi (magistr) məzunu, Boalt Hall School of Law at the University of California, Berkeley-də elmi işçi, Harvard Law School-da doktorant tədqiqatçı olmuş) Dr. Rəşad İbadovun təqdimatı ilə 28 oktyabr tarixində ADA Universitetində keçirilmiş “Hüquqi Araşdırma Metodları: Hüquq Jurnalına məqalə necə yazılmalıdır?” mövzusunda təlimin videosunu sizlərə təqdim edirik.
Bizi izləməyə davam edin.
[youtube https://www.youtube.com/watch?v=VW9kfkamxz8&w=640&h=360]