TEC-in İdarə Heyəti üzvü olaraq tələbələr 4 istiqamətdə fəaliyyət göstərirlər:
Hüquq Jurnalı redaktoru olmaqla nə qazanırsınız?
- dünya üzrə hüquq tələbələri üçün ən əhəmiyyətli fəaliyyət sayılan hüquq jurnalının redaksiya heyətinə daxil olmaq;
- professional mühitdə işləmək;
- peşəkar praktiki hüquqşünaslarla işləmək;
- BDU Tələbə Hüquq Jurnalının redaktorlarından məqalə yazmaq və redaktə kimi işlər haqqında nəzəri və praktiki biliklər öyrənmək;
- gələcəkdə hüquq jurnalı üçün ilk dəfə edilməsi planlaşdırılan bir neçə layihəni koordinasiya etmək;
- professionallar tərəfindən yazılmış məqalələrin redaktəsini təşkil etmək;
- Scholastica və Expresso-da beynəlxalq müəlliflərlə işləmək;
- və digər burada tam qeyd etmədiyimiz çoxlu sayda üstünlüklər.
Gənc Hüquq Alimləri Araşdırma Yardımçısı Lahiyəsinin icraçısı olmaqla:
- araşdırma prosesinin bütün mərhələlərini yaxından mənimsəmək;
- müxtəlif universitetlərdən hüququn müxtəlif sahələrindən olan mütəxəssis və alimlərlə işləmək;
- xarici professorlarla əlaqələr saxlamaq və görüşlər təşkil etmək;
- xarici hüquqi araşdırma proqramlarının təcrübələrinin tətbiqini həyata keçirmək.
Hüquq Müzakirə Forumunun müşaviri olmaqla:
- Forumların təşkili prosesi ilə bağlı incəlikləri öyrənəcək;
- Hüquqi boşluq və müzakirələrə açıq mövzular haqqında geniş təsəvvürə malik olacaq;
- Tələbələr və müəllimlərlə mütəmadi ünsiyyətdə olaraq professional ünsiyyət bacarıqlarınızı formalaşdıracaqsınız.
MCS məhkəmə müsabiqələri üzrə koordinatoru olmaqla:
- Beynəlxalq standartlara uyğun məhkəmə və arbitraj müsabiqələrinin təşkilində yaxından iştirak etmək;
- Komandada işləmək bacarığının inkişafı;
- Mütəmadi araşdırmalar arasında olaraq bir sıra keyfiyyətlərə yiyələnmək;
- Peşəkar praktiki hüquqşünaslarla mütəmadi ünsiyyətdə olmaq;
- Liderlik, düzgün qərar qəbul edə bilmək bacarıqlarının inkişafı kimi imkanlar əldə edəcəksiniz.
Qeydiyyat bitmişdir!