3 oktyabr 2019-cu il tarixində BDU Hüquq Fakültəsi Tələbə Elmi Cəmiyyətinin 2019-2020-ci tədris ili üçün Təqdimat mərasimi keçirilmişdir!

İlk öncə Hüquq Fakültəsinin dekanı Əmir Əliyev təqdimat mərasimini açıq elan etmiş və TEC-in layihələri, bu layihələrin tələbələrə verə biləcəyi imkanlar haqda məlumat vermişdir.

Bundan sonra Məhkəmə Müsabiqə Cəmiyyətinin Baş Koordinatoru Mirkənan Mahmudov TEC-in bu ilki fəaliyyət istiqamətləri, Məhkəmə Müsabiqə Cəmiyyətinin təşkil etdiyi müsabiqələr, həmin müsabiqələrin tələbələrə qazandırdığı üstünlüklər və Hüquq Müzakirə Forumu haqqında məlumat vermişdir.

Daha sonra BDU Tələbə Hüquq Jurnalının Baş Redaktoru Kənan Abdullayev Jurnalın qazandığı nailiyyətlər, ona məqalə yazmağın üstünlükləri, məqalə qəbulu prosesindən bəhs etmiş və Gənc Hüquq Alimləri Araşdırma Yardımçısı Layihəsini təqdim etmişdir.

Sonda Tələbə Hüquq Jurnalının 5-ci Buraxılışının Baş Redaktoru Elvin İsayev və Məhkəmə Müsabiqə Cəmiyyətinin keçən ilki Baş Koordinatoru Məhəmməd Səfərli TEC-lə bağlı öz təcrübələrini bölüşmüş, hüquq tələbəsi üçün xüsusi əhəmiyyət kəsb edən şəxsi inkişafdan, buna nail olmağın yollarından və TEC-in təşkil etdiyi tədbirlərdə iştirakın hüquq tələbəsi üçün hansı müsbət təsirlərinin olacağından danışmışlar.

Tələbələrə göstərdikləri yüksək marağa görə minnətdarlığımızı bildirir və onları TEC-in növbəti layihələrində yaxından iştirak etməyə dəvət edirik.

Thankfully, these days' men can buy overnight levitra Eriacta online as well. order viagra viagra Going for low quality alternatives aren't going to guarantee you success in bed. The blood pumped throughout the body will then decrease and compromising the viagra online for women whole bodily functions. viagra samples online unica-web.com Things can worsen if you do not consult your doctor first.