2017 Topçubaşov Məhkəmə Müsabiqəsinə qeydiyyat 7 fevral tarixində bitəcəkdir!
Topçubaşov Məhkəmə Müsabiqəsi Azərbaycanda milli hüquqa və hüquqi arqumentə əsaslanan ilk və yeganə məhkəmə müsabiqəsidir və dünya standartlarına uyğun yeni nəsil hüquqşünasların yetişdirilməsini hədəfləyir. Müsabiqə Bakı Dövlət Universiteti Tələbə Elmi Cəmiyyəti və AAA (US-Educated Azerbaijani Alumni Association) tərəfindən təşkil olunur. ABŞ-ın Azərbaycandakı Səfirliyi isə müsabiqənin media tərəfdaşıdır.
Hal-hazırda müsabiqənin 3-ü Qızıl, 2-si Gümüş, 2-si Bürünc olmaqla 7 sponsoru var.
