Bağlamaq üçün ESC-i basın

Bakı Dövlət Universiteti Hüquq fakültəsi

Tələbə Elmi Cəmiyyəti

Iustitia est honore, dignitate, et veritatis.

Tələbə Elmi Cəmiyyəti nə edir?

2014-cü ildən aktiv fəaliyyətdə olan BDU Hüquq fakültəsinin Tələbə Elmi Cəmiyyəti akademik hüquqi layihələri ilə universitet və ümumiyyətlə ölkədəki hüquq təhsilinin inkişafına töhfə verməyə çalışır.

İstiqamətlər

Hüquqi araşdırma və təhlilin nəticələrini iddia, yenilik, qeyri-aşkarlıq, aydınlıq və məntiqilik kriteriyaları əsasında yazıda əks etdirmək hüquqi yazının əsasını təşkil edir. Həmçinin hüquqi yazı informasiyanı oxucuya sadə, məntiqi və əsaslandırılmış şəkildə düzgün çatdırmalıdır. Bu baxımdan hüquq tələbələrinin hüquqi yazı və hüquqi düşüncə bacarıqlarını üzə çıxararaq inkişaf etdirmək Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalının əsas məqsədini təşkil edir. 

Əsaslandırma və mübahisələndirmə hüquq peşəsinin əsas alətlərindəndir. İrəli sürülmüş hüquqi arqumentlərin məntiqilik prinsipinə uyğun olaraq əsaslandırılması, təhlili və qiymətləndirilməsini özündə ehtiva edir. Məhkəmə Müsabiqə Cəmiyyəti tərəfindən təşkil edilən müsabiqələrin məqsədləri sırasında tələbələrin hüquqi arqumentasiya bacarıqlarının inkişafına təkan vermək də vardır.

İşin faktiki halları əsasında tədqiqat sualının müəyyənləşdirilməsi və faktların müvafiq qaydada tövsif edilərək uyğun nəticənin əldə edilməsi hüquqi təhlilin əsasıdır. Tələbə Elmi Cəmiyyəti tərəfindən təşkil edilən müsabiqələrdə ortaya qoyulan müxtəlif hüquqi problemlərin tələbələr tərəfindən həlli zamanı hüquqi təhlildən effektiv şəkildə istifadə olunur.

Hüquqi araşdırma hüquqi yazı prosesinin ilkin mərhələlərindən biri olub tədqiqat sualı ilə əlaqəli hüquq ədəbiyyatının araşdırılması, eləcə də müvafiq hüquq normasının seçilərək tətbiq edilməsi nəticəsində tədqiqat sualının cavablandırılmasıdır. Gənc Hüquq Alimləri Araşdırma Yardımçısı Layihəsi vasitəsilə tələbələr bu müstəvidə bilik və bacarıqlarını inkişaf etdirə bilərlər.

Tələbə Hüquq Jurnalı 2015-ci ildən etibarən dünyanın ən böyük hüquqi məlumat bazası olan HeinOnline-da indekslənmiş və ölkədə buna nail olmuş tək Jurnaldır. Həmçinin Tələbə Elmi Cəmiyyəti tərəfindən ölkədə ilk dəfə olaraq arbitraj və mediasiya müsabiqələri də təşkil edilmişdir.


Layihələrimiz

Hüquq Jurnalı

Tələbə Elmi Cəmiyyətinin nəşri olmaqla 2014-cü ilin noyabr ayında əsası qoyulan Jurnal tələbələr tərəfindən təşkil olunan və müvafiq akademik yoxlama qaydası ilə redaktə edilir. 2015-ci ildən etibarən dünyanın ən böyük hüquqi məlumat bazası olan HeinOnline-da indekslənmişdir. Jurnalın əsası 2014-cü ilin noyabr ayında qoyulmuşdur. 

Jurnalın vebsaytına keçid edə bilərsiniz.

Hüquq Müzakirə Forumu

Hüquq Müzakirə Forumu Tələbə Elmi Cəmiyyətinin nəzdində 2013-cü ilin dekabr ayından fəaliyyət göstərir. Hüquqi nitq, arqumentasiya və araşdırma bacarıqlarının formalaşdırılması üçün  təşkil edilən forumlarda əvvəlcədən müəyyən olunmuş mövzu ətrafında müzakirə aparılır. Hüquq Müzakirə Forumunun vebsaytına keçid edə bilərsiniz.

Gənc Hüquq Alimləri Araşdırma Layihəsi

 Layihə Tələbə Elmi Cəmiyyəti tərəfindən təşkil olunan və azərbaycanlı hüquq tələbələrinin hüquqi araşdırma bacarıqlarının inkişafına şərait yaratmaq məqsədi daşıyır. Hüquqi araşdırma və elmi rəhbərlə işləmə bacarıqlarının inkişafı üçün layihə bu çərçivədə yerli və xarici professorları  cəlb edir.

Layihənin vebsaytına keçid edə bilərsiniz.

Topçubaşov Məhkəmə Müsabiqəsi

Topçubaşov Məhkəmə Müsabiqəsi 2016-cı ildən bəri Əlimərdan bəy Topçubaşovun xatirəsinə həsr olunmuş,  Tələbə Elmi Cəmiyyəti tərəfindən təşkil olunan 3 Raunddan ibarət müsabiqədir. Azərbaycanda milli hüquqa və sırf hüquqi arqumentə əsaslanan müsabiqə 2018-ci ildən etibarən konstitusiya icraatı qaydasında həyata keçirilir.

 Müsabiqənin vebsaytına keçid edə bilərsiniz.

Topçubaşov Arbitraj Müsabiqəsi

Topçubaşov Arbitraj Müsabiqəsi  2018-ci ildən bəri Əlimərdan bəy Topçubaşovun xatirəsinə həsr olunmuş, Tələbə Elmi Cəmiyyəti tərəfindən təşkil olunan 3 Raunddan ibarət müsabiqədir. Müsabiqə ölkəmizdə beynəlxalq təcrübəyə uyğun ilk arbitraj müsabiqəsi olmaqla, azərbaycanlı hüquq tələbələrinin mübahisələrin alternativ həll üsullarından biri olan arbitrajla yaxından işləmək üçün şərait yaratmaq məqsədi daşıyır.

 Müsabiqənin vebsaytına keçid edə bilərsiniz.

Xoyski Mediasiya Müsabiqəsi

Xoyski Mediasiya Müsabiqəsi 2020-ci ildən bəri Fətəli xan Xoyksinin xatirəsinə həsr olunmuş, Tələbə Elmi Cəmiyyəti tərəfindən təşkil olunan 3 raunddan ibarət müsabiqədir. Müsabiqənin məqsədi ölkəmizdə mediasiya ənənələrinin formalaşmasına və tələbələrin bu sahədə inkişafına təkan verməkdir.

Müsabiqənin vebsaytına keçid edə bilərsiniz.

Məhkəmə Müsabiqə Cəmiyyəti

Məhkəmə Müsabiqə Cəmiyyəti tələbələrin məhkəmə qarşısında çıxış etmək, hüquqi arqumentasiya və müdafiə bacarıqlarının inkişafı üçün müxtəlif xarakterli müsabiqələrin təşkili və təbliği ilə məşğul olur. Cəmiyyətin koordinasiyası ilə Topçubaşov Məhkəmə Müsabiqəsi, Topçubaşov Arbitraj Müsabiqəsi və Xoyski Mediasiya Müsabiqəsi təşkil edilir. Cəmiyyətin vebsaytına keçid edə bilərsiniz.

Azərbaycan Respublikası, Bakı şəhəri, 

Zahid Xəlilov küçəsi 33

© 2014-2023 Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyəti.